Parisin bələdiyyə dairələrinin yarısında demək olar ki, bir həftəyə yaxındır zibil daşınmır və nəticədə küçələrdə böyük həcmdə tullantılar yığılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Le Figaro” nəşri yazıb.
Səbəb 12 noyabrda başlamış bələdiyyənin kommunal xidmətlərinin tətilidir. Həmkarlar ittifaqlarının çağırışı ilə şəhərdə tullantı yandırma zavodları və texnika qarajları bağlanıb. İttifaq əmək şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edir.
İttifaq nümayəndəsinin sözlərinə görə, şənbə günü texnika parklarından birinə onlarla polis gəlib və tətil edənlərə qarşı “fiziki məcburetmə” tətbiq edib.
Bununla əlaqədar tətil 17 noyabr, bazar ertəsinə qədər uzadılıb.
Tətil Parisin 20 bələdiyyə dairəsindən 10-na təsir edib. Şəhər meriyası “Le Figaro”ya bildirib ki, “bu həftə yenidən tətil edənlərlə görüşəcəklər”.

Bizim.Media