ABŞ Dövlət Departamenti Ukrayna ətrafında gərginliyin mümkün artması səbəbindən diplomatlarının ailələrinin Belarusdan çıxarılmasına göstəriş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət Departamenti 31 yanvar 2022-ci ildə dövlət qulluqçularının ailə üzvlərinə ölkəni tərk etməyi əmr edib”. Rusiyanın RBK telekanalı departamentin dediklərindən sitat gətirib.
Birləşmiş Ştatlar bölgədəki vəziyyəti “gözlənilməz” adlandırıb və amerikalılara Belarusa səfərdən çəkinməyi tövsiyə edib.
Bizim.Media