Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında Türkiyə Silahlı Qüvvələrinə məxsus olduğu güman edilən hərbi helikopter qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.
Telekanal hadisə anını əks etdirən video paylaşıb, lakin görüntülərdə təfərrüatları aydın görmək mümkün deyil. Gürcüstanın müvafiq dövlət qurumlarından hələlik rəsmi məlumat verilməyib.
Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması da hələ məlum deyil.
Bizim.Media