Şimali Atlantika Alyansı Rusiya hökumətinin Ukrayna ilə bağlı əsl niyyətinin nə olduğunu bilmir.
Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, təşkilat "Rusiyanın Ukraynadakı niyyətləri ilə bağlı qeyri-müəyyənliyə malikdir".
Bununla yanaşı, Stoltenberq açıq şəkildə bildirib ki, Kiyev və Moskva arasında hərbi münaqişə olacağı təqdirdə NATO Ukraynaya qoşun yeritmək fikrində deyil:
“Alyans əsas diqqətini Ukraynanı silahla təmin etməyə, Rusiyaya qarşı sanksiya tədbirlərini inkişaf etdirməyə yönəldəcək”.
Bizim.Media