İstanbulda polisləri aparan mikroavtobus aşıb.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində Türkiyənin polis əməkdaşlarından 14-ü xəsarət alıb.
Qəza İstanbulun Çatalca-Arnavutköy rayonları arasında İstanbul hava limanı istiqamətində baş verib.
Xəsarət alanlar bölgədəki xəstəxanalara çatdırılıblar. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Bizim.Media