Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları yenidən Rusiyanın Başqırdıstan bölgəsində yerləşən “Başneft” neft emalı zavoduna hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı UNİAN nəşri yayıb.
Məlumata görə, Ufa hava limanında “Kover” (Xalça) planı (hava hədəfi təhlükəsi zamanı tətbiq edilən fövqəladə rejim) elan edilib.
Qeyd olunur ki, Başqırdıstan Ukraynadan təxminən 1400 km məsafədə yerləşir və bu, ay ərzində regiona edilən dördüncü PUA hücumudur. Son dəfə həmin zavod 11 oktyabrda dron hücumuna məruz qalmışdı.
Bizim.Media