“Türkiyənin sərhədləri 28 yanvar 1920-ci ildə “Misak-i Milli” (Milli Pakt) kimi tanınan bir sənəd çərçivəsində müəyyən edilib və indi həmin sərhədləri qorumaq hüququna malikdir”.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Mustafa Şentop deyib.
Onun sözlərinə görə, Türkiyə hələ də ölkənin suverenliyinə və milli dəyərlərinə qəsd cəhdlərinə qarşı mübarizə aparır.
“Biz 102 il əvvəl elan edilmiş Milli Paktın məqsədlərinə və ruhuna sadiqik”, - deyə Şentop bildirib.
O qeyd edib ki, müasir Türkiyə sərhədlərindən çox-çox kənarda təhdidləri neytrallaşdırmaq üçün kifayət qədər gücə malikdir.
“Biz bu günün reallıqlarını yaxşı bilirik və eyni zamanda beynəlxalq hüquq çərçivəsində Türkiyənin hüquq və mənafelərini sona qədər müdafiə etmək əzmindəyik”, - deyə parlament sədri bildirib.
Bizim.Media