Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin hakim partiyasının gənclər qolu ilə görüşüb.
Bizim.Media TRT telekanalına istinadən xəbər verir ki, görüş zamanı o, görülən işlərdən danışıb.
Türkiyəni terrordan təmizlədiklərini qeyd edən S.Soylu bu işdə onu ən çox gənclərin və uşaqların arzularına çatmaq istəyinin motivasiya etdiyini etiraf edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını tamaşaçılara çatdıraraq onlarla birlikdə “Suzan Suzi” və “Merdo” mahnılarını ifa edib.
Bizim.Media