Malidə bir fransız əsgəri həlak olub.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Yelisey sarayının mətbuat xidməti yayıb.
“Fransa prezidenri Emmanuel Makron Malidə, şənbə günü, yanvarın 22-də günortadan sonra Qaoda Barxan hərbi düşərgəsinə minaatan hücumu zamanı öldürülən briqada generalı Aleksandr Martinin ölməsi xəbərini böyük emosiya ilə öyrəndi”.
Yelisey sarayının press relizində belə deyilir.
Həmçinin qeyd olunur ki, Makron ölkənin tərəfdaşları ilə birlikdə bölgədə terrorizmlə mübarizəni davam etdirmək əzmini təsdiqləyib.
Bizim.Media