Dünyanın 94 ölkəsində ən azı 1940 jurnalist koronavirusun qurbanı olub.
Bizim.Media xəbər verir ki, Cenevrədəki Press Emblem Campaign (PEC) təşkilatı jurnalistlərin COVID-19 infeksiyasından ən çox ölüm hallarına Braziliyada (295) rast gəlindiyini açıqlayıb.
Sonrakı yerləri isə Hindistanda (279), Peruda (199), Meksikada (122), Kolumbiyada (79), Banqladeşdə (68), ABŞ-da (67), İtaliyada (61), Venesuelada (59) və Ekvadorda (51) tutur.
Bizim.Media