Avstriya kansleri Karl Nehammer koronavirusa yoluxub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Karl Nehammer yanvarın 4-də məzuniyyətdən geri dönüb və yanvarın 5-də verdiyi testin cavabı mənfi çıxıb.
Lakin təkrar yoxlanış nəticəsində hökumət rəhbərinin koronavirusa yoluxduğu müəyyənləşib.
Bildirilib ki, K.Nehammer hazırda ev şəraitində karantindədir və işini davam etdirir.
Bizim.Media