Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlılarının komandanı məlum olub.
Bizim.Media Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, KTMT sülhməramlılarına Rusiyanın Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Andrey Serdükov başçılıq edəcək.
Xatırladaq ki, 2015-ci ildə A.Serdükov Şərqi Ukraynada Rusiya qoşunlarına komandanlıq edib.
Bizim.Media