Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Twitter səhifəsində Qazaxıstanda baş verənlərlə bağlı tvit yazıb.
Bizim.Media xəbər verir ki, spiker dost və qardaş Qazaxıstanda baş verən hadisələri yaxından izlədiklərini və kədərləndirdiklərini qeyd edib:
“İnanırıq ki, Qazaxıstan və qardaş qazax xalqı sağlam düşüncə sayəsində bu çətin günlərin öhdəsindən gələcək, çox yaxın gələcəkdə sülh və sabitlik tapacaq. Türkiyə hər zaman Qazaxıstanın yanındadır”.
Bizim.Media
