2022-ci il yanvarın 1-dən Fuad İbrahimov "SOCAR Türkiyə"nin təbii qaz üzrə biznes bölməsinin rəhbəri vəzifələrinin icrasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, o, həmin biznes bölməsinə daxil olan "Bursagaz", "Kayserigaz" və "SOCAR Enerji Ticaret" şirkətlərinin idarə olunması ilə məşğul olacaq.
Təbii qaz üzrə biznes bölməsi öz müştərilərinə SOCAR brendi ilə qaz və elektrik enerjisi tədarükü, ticarəti və topdan satışı üzrə xidmətlər göstərir. Həmin struktur, həmçinin "Bursagaz" və "Kayserigaz" brendləri ilə təklif ounan təbii qaz paylaşdırılması xidmətlərini göstərir.
Bizim.Media