“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda fəaliyyəti təxminən bir aya yaxın çəkə bilər. Ancaq bu, vəziyyətdən asılı olacaq”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin səsləndirib.
"Düşünürəm ki, vəziyyətin normallaşması nəzərə alınmaqla, bu iş bir ay ərzində aparılacaq", - deyə Şvıtkin "İnterfaks"a bildirib.
O, qeyd edib ki, “hərbi nəqliyyat aviasiyasının təyyarələri yerə enən kimi dərhal müvafiq istiqamətlərə hərəkət edəcəklər”.
Bizim.Media