Almatıda toqquşmalarda hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölənlərin sayı 13-ə çatıb, onlardan ikisinin başı kəsilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı şəhər komendantlığı RİA Novosti-yə açıqlamasında yayıb.
Mənbə qeyd edir ki, 13 hüquq-mühafizə orqanı əməkdaşı öldürülüb, onlardan ikisinin başı kəsilib.
***
Almatıda etirazçılarla toqquşmada Qazaxıstanın 353 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, 12 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Xəbər-24” telekanalı şəhər komendantlığına istinadən məlumat yayıb.
Mənbə qeyd edir ki, ölənlərdən birinin başı kəsilib.
"Bu, quldur birləşmələrinin terrorçu və ekstremist xarakter daşımasının sübutudur". TASS agentliyi komendantlığın dediklərindən sitat gətirib.
Bizim.Media