“Silahlı şəxslər ölkə xaricindən maliyyələşdirilir və onlar terrorçudur”.
Bizim.Media Telegram kanallarına istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan prezidenti Jomart Tokayev səsləndirib.
Mənbə qeyd edir ki, bir çox şəhərdə yenidən internet əlaqəsi kəsilib. Almatı şəhərinin mərkəzi artıq terroristlərdən təmizlənib və ordunun nəzarəti altına keçib.
Ölkənin bəzi bölgələrində bütün banklar bağlanıb və əməliyyatlar dayandırılıb. Ötən gecə Almatıda inzibati binalara, polis idarəsinə, eləcə də rayon şöbələrinə basqın etməyə cəhdlər olub.
Polis sözçüsü Saltanat Azirbek “Sputnik Qazaxıstan”a bildirib ki, onlarla etirazçı məhv edilib, onların şəxsiyyəti müəyyənləşdirilir.
Bizim.Media