Rusiyanın Orenburq yaxınlığındakı hərbi aerodromdakı aviasiya alayı tam döyüş hazırlığına gətirilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Baza” Telegram kanalı yayıb.
Mənbə qeyd edir ki, Orenburqdan Rusiya bölmələrinin xüsusi reysi Qazaxıstana yola düşməyə hazırlaşır.
İlkin məlumatlara görə, Qazaxıstana Kamensk-Şaxtinski şəhərində yerləşən 11-ci mühəndis briqadası da göndəriləcək.
Xatırladaq ki, KTMT də Qazaxıstandakı vəziyyəti sabitləşdirmək üçün Sülhməramlı Qüvvələrini bu ölkəyə göndərəcək. Bu barədə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasında bildirilib.
“Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin müraciətini, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədi ilə KTMT Kollektiv Sülhməramlı Qüvvələrinin məhdud müddətə Qazaxıstana göndərilməsi barədə qərar qəbul edib”, - deyə təşkilatın bəyanatında deyilir.
Bizim.Media