Aktau beynəlxalq hava limanının (Qazaxıstan) təyyarələrin qəbulu və yola salınması üçün bağlanması ilə əlaqədar olaraq, "Uzbekistan Airways" aviaşirkəti Urganç-Aktau-Urganç marşrutu üzrə 2022-ci il yanvarın 5-nə planlaşdırılan müntəzəm reysləri ləğv edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı aviaşirkətin mətbuat mərkəzi yayıb.
"Bu marşrut üzrə uçuşların günləri əlavə olaraq elan ediləcək", - məlumatda deyilir.
Ləğv edilmiş reyslərin sərnişinləri reyslər bərpa edildikdən sonra biletlərin pulunu aldıqları yerdə qaytara və ya istənilən tarix üçün pulsuz olaraq yenidən bron edə biləcəklər.
Bizim.Media