Rusiyada Smolensk Dövlət İdman Universitetinin rektoru Georgi Qrets həbs edilib.
Bizim.Media "RİA Novosti"-yə istinadən xəbər verir ki, Federal Təhqiqat Xidməti tərəfindən saxlanılan rektor 1,5 milyon rubl dövlət vəsaitini mənimsəməkdə günahlandırılır.
Onun bağ evində axtarış zamanı bahalı qızıl-zinət, milyonlarla rus rublu, dəbdəbəli əşyalar aşkar edilib.
Evdə quraşdırılan santexnikanın qızıldan olması isə xüsusi diqqət çəkib.
İstintaqın məlumatına görə, rektor tabeliyində olan işçiləri şəxsi evinin təmirinə cəlb edib və bunun üçün onlara 150 min rubl ödəyib. Bundan başqa, o, universitetin vəsaitindən bağ evində santexnika alınmasına 600 min rubl xərcləyib.
Bizim.Media