“Bağdad qan gölünə dönəcək”.
Bu açıqlama ilə İraqın
baş nazirinin müşaviri Məryəm Rəis çıxış edib. Maraqlıdır ki, müşavirin bu bəyanatından
sonra Bağdadda üst-üstə iki bomba partlayıb və ən azı 19 nəfər həyatını itirib.
Hər iki bombanın şiə məhəlləsində partladıldığı bildirilrir.
Moderator.az-ın verdiyi məlumata görə Məryəm Rəis bu qorxunc sözləri Malikinin baş nazirlikdən uzaqlaşdırılması səylərini şərh edərkən dilə gətirib.
Qeyd edək ki, İraqın iki həftə öncə seçilmiş yeni prezidenti, kürd
əslilli Fuad Məhsum yeni hökumət qurmaq səlahiyyətini Malikiyə deyil, parlament
sədrinin müavini Heydər İbadiyə tapşırıb. Maliki isə bu qərarla razılaşmır və onun
Amerikanın bir oyunu olduğunu düşünür.
Maraqlıdır ki, bir müddət əvvəl həqiqətən ABŞ
prezidenti Barak Obama İraqda yaşanan bir çox faciələrin Malikinin səhv kadr
siyasətindən qaynaqlandığını bildirmişdi. Onun fikrincə, Maliki hakimiyyəti
zamanında sünni azlığı görməzlikdən gəlməsəydi və idarəetmə orqanlarında onlara
da yer versəydi, İraq bu günkü vəziyyətə düşməyəcəkdi. Obamanın bu fikirləriylə
razılaşmayan Maliki tərəfdarları ABŞ-ı Yaxın Şərqdə qəsdən qan tökməkdə
günahlandırır.
Bütün etirazlarına baxmayaraq Maliki hökumətinin
artıq son günlərinin yaşadığı təxmin edilir. Onun yerinə keçməsi planlaşdırılan
Heydər İbadi həm beynəlxalq, həm də ölkəiçi ciddi dəstəyə mailkdir. Yeni prezidentin
ona hökumət qurmaq səlahiyyəti verdiyi andan bir saat keçməmiş ABŞ
administrasiyası onu təbrik etmiş və yeni işində uğurlar arzulamışdı. Maliki isə
bunu açıq-aşkar konstitusiya müddəalarını pozmaq kimi qiymətləndirmiş, bütün
xalqı mübarizəyə səsləmişdi.
Hdökumət qurmaq səlahiyyəti verilən Heydər İbadi isə
yaranmış gərginliyi azaltmaq üçün qurulacaq yeni kabinetdə Malikiyə aid güclərin
də mühüm yer tutacaqlarını açıqlamışıdı.