Ötən həftə Liviya sahillərində qayıqların batması nəticəsində azı 160 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilib.
Hesabatda qeyd edilib ki, 12-18 dekabr tarixlərində 466 miqrant dənizdə tapılaraq Liviyaya qaytarılıb.
Bir neçə yüz nəfər dənizi keçərək Avropaya çata bilib. İl ərzində Aralıq dənizində 1500-ən çox miqrant həlak olub.
Bizim.Media