Şimali Koreyanın 10 il əvvəl vəfat edən lideri Kim Çen İrin anım mərasimləri başlayıb.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, Şimali Koreyada insanlara 11 gün ərzində heç bir xoşbəxtlik əlaməti göstərməmək əmr edilib.
Bildirilib ki, ölkədə bu müddət ərzində gülmək, spirtli içki içmək və hətta ərzaq mağazasına getməyə icazə verilmir.
Qeyd edək ki, Kim Çen İr 2011-ci il dekabrın 17-də 69 yaşında ürək tutmasından vəfat edib. O, ölkənin hazırkı rəhbəri Kim Çen Inın atasıdır.
Bizim.Media