Türkiyənin Ankara şəhərində cinayət hadisəsi baş verib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.
Belə ki, Müzəffər E. və Rasimə G. adlı cütlük əvvəlcə qısqanclıq səbəbindən mübahisə edib. Mübahisənin böyüməsi nəticəsində Müzəffər E. adlı şəxs yanında olan ov tüfəngi ilə qadına atəş açıb. Daha sonra isə həmin tüfənglə intihar edib.
Məlumata görə, hər ikisi ailəlidir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media