İranın qaz emalı zavodunda güclü partlayış meydana gəlib.
Bizim.Media "Azad İran" Telegram kanalınna istinadən xəbər verir ki, bu haqda informasiyanı "Parsian" qaz emalı zavodunun rəisi yayıb.
Onun sözlərinə görə, bir neçə dəqiqə öncə qaz emalı zavodunun boru xətti ekskavatorun zərbəsi nəticəsində partlayıb.
"Hadisə nəticəsində insan tələfatı olmayıb. Hazırda xilasetmə qrupu hadisə yerindədir və qaz təchizatı dayandırılıb", deyə o, qeyd edib.
Bizim.Media