Böyük Britaniya Ukraynaya dəstək üçün 1 milyard funt sterlinq ayıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Prezident "Twitter" hesabında bunları yazıb:
"Londondan gözəl xəbər: Böyük Britaniya Ukraynaya dəstək üçün əlavə 1 milyard funt sterlinq ayıracaq. Bu, yeni investisiyalar, ticarət, təhlükəsizlik üçündür. Keçən il Boris Consonla apardığım danışıqlar nəticəsində Britaniyanın ümumi dəstəyinin həcmi artaraq 3,5 milyard funt-sterlinqə çatıb”.
Bizim.Media
