Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla telefonla danışıb.
Bizim.Media xəbər verir ki, nazirlər Qarabağla bağlı məsələləri müzakirə ediblər.
Məsələnin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli və uzunmüddətli həllinin vacibliyi qeyd edilib.
Həmçinin, onlar 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin gedişatını müzakirə ediblər.
Telefon söhbətində “3+3” formatı, regional və beynəlxalq gündəlikdəki məsələlərə də toxunulub.
Bizim.Media