Hindistanın Baş Qərargah rəisi Bipin Ravat helikopter qəzasında həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin "Twitter" səhifəsində bildirilib.
Generalla birlikdə helikopterin göyərtəsində olan daha 11 nəfər ölüb. Helikopterin hava şəraitinin kəskin pisləşməsi ilə bağlı qəzaya uğradığı ehtimal olunur.
Bizim.Media