Almaniya parlamentinin üzvləri sosial demokrat Olaf Şoltsu yeni kansler seçiblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu haqda informasiya Bundestaqın saytında yer alıb.
Mənbə yazır ki, Şolts 395 səs toplayıb. İndi o, Belvyu prezident sarayına gedəcək.
Konstitusiyaya görə, yeni kansleri dövlət başçısı təyin edir. Prezident Frank-Valter Ştaynmayerlə görüşdən sonra Şolts parlamentə qayıdacaq və orada and içəcək.
Bizim.Media