Rusiya və ABŞ liderləri arsında videoformatda görüş başa çatıb.
Putin və Bayden 2 saata yaxın müzakirələr aparıblar.
***
Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Co Bayden arasında görüş başlayıb.
Bizim.Media xəbər verir ki, videoformatda keçirilən görüşdə Ukrayna ətrafındakı vəziyyəti və NATO-nun şərqə doğru hərəkəti, strateji sabitlik məsələləri və bir sıra digər məsələlər müzakirə edilir.
Qeyd edək ki, görüşdən sonra mətbuata açıqlama veriləcəyi gözlənilir.
Bizim.Media