İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) çərçivəsində növbəti danışıqların vaxtı açıqlanıb.
Bizim.Media xəbər verir ki, dekabrın 9-da Vyanada keçiriləcək müzakirələrlə bağlı İran xarici işlər naziri Əli Bağıri ilə Avropa İttifaqı baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) baş katibi Enrike Mora arasında razılıq əldə olunub.
Xatırladaq ki, JCPOA üzrə danışıqların 7-ci mərhələsi dekabrın 3-də başa çatıb.
Bizim.Media