Burundinin paytaxtı Giteqa şəhərindəki həbsxanada güclü yanğın baş verib.
Bizim.Media xəbər verir ki, yerli "İvaku" agentliyi yanğın nəticəsində 38 nəfərin öldüyünü, 69-nun isə yaralandığını bildirib.
Qeyd olunur ki, azı 1000 məhbusun saxlandığı həbsxanada yanğın səhər saatlarında baş verib.
Qızıl Xaç Komitəsinin əməkdaşları və yanğınsöndürənlər dərhal hadisə yerinə gəlsələr də, yanğını uzun müddət söndürmək mümkün olmayıb.
Qeyd edək ki, ölənlərin hamısı məhbuslardır.
Oral Mədənçi, Bizim.Media