Qətər əmiri Təmim bin Həməd əl-Tani tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə verilən dövlət şam yeməyində liderlərin Dohada keçirilən danışıqlarının rəsmi hissəsi yekunlaşıb.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri adından onun şərəfinə verilən dövlət ziyafətində iştirak edib.
Rəsmi görüş və imzalanma mərasimindən sonra liderlər Qətər İdman və Atçılıq Klubunda olublar, burada nahar ediblər.
Ərdoğan və əl-Tanini iki ölkənin nümayəndə heyətləri müşayiət edib.
Bizim.Media