ABŞ və Rusiya Prezidentləri Cozef Bayden və Vladimir Putin arasında bu gün baş tutacaq videogörüşün vaxtı açıqlanıb.
Bizim.Media xəbər verir ki, Ağ Ev tərəfindən dərc edilən cədvəldə görüşün Bakı vaxtı ilə saat 19:00-da başlayacağı qeyd olunub.
Görüşün hansı müddətdə davam edəcəyi bilinmir.
Liderlərin Ukrayna ilə yanaşı, kibertəhlükəsizlik və ikitərəfli münasibətlərlə bağlı məsələlərə də toxunmaq niyyətində olduqları bildirilir.
Bizim.Media