ABŞ rəsmiləri Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında bunun Çində insan haqları pozuntuları ilə əlaqələndirib:
"Bayden administrasiyası 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək".
O, diplomatik boykotun amerikalı idmançıların Olimpiadada iştirakına təsir etməyəcəyini vurğulayıb.
Bizim.Media