Türk Dövlətləri Təşkilatı Burkina Faso və Toqoya COVID-19 peyvəndi bağışlayıb.
Bizim.Media xəbər verir ki, Türkiyə, Azərbaycan və Özbəkistanın ayırdığı 400 min doza “Sinovac” və Macarıstanın bağışladığı 211 min 200 doza “Sinopharm” iki ölkəyə göndərilib.
Türk Dövlətləri Təşkilatının bağışladığı 611 min 200 doza yeni növ koronavirus peyvəndi Burkina Faso və Toqoya çatdırılıb.
Qeyd edək ki, bu barədə Türk Dövlətləri Təşkilatının rəsmi "Twitter" hesabında bildirilib.
Bizim.Media
