ABŞ-ın vitse-prezidenti Kamala Harrisin nüfuzunun kəskin azalması səbəbindən onun ofisinin əməkdaşları kütləvi şəkildə işdən çıxırlar.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “The Teleghraph” nəşri yayıb.
Nəşrə görə, komandanın bir çox üzvləri Harrislə işlədikləri üçün öz reputasiyalarından qorxurlar.
Belə ki, vitse-prezidentin köməkçiləri 2024-cü il seçkiləri ərəfəsində “onun adamı” olmaq damğasını daşımaq istəmirlər.
Ekspertlər Harrisin köməkçilərinin işdən çıxarılmasını onun siyasi uğursuzluğu ilə əlaqələndirirlər. Qərb media mənbələri bildiriblər ki, Harris Co Baydenin sağ əli olmağına hazır deyilmiş.
Bizim.Media