Bu yaxınlarda həbsdən azadlığa çıxan iranlı siyasi fəal Məhəmməd Nurizad nümayişgəranə şəkildə Xameneinin dəftərxanasına zəng edərək, cinayət törətdiklərini xatırlatmaq üçün Əli Xamenei və oğlu Müctəba ilə danışmaq istədiyini bildirib.
Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, nəhayət o, açıq-aşkar şəkildə Müctəba Xamenei ilə dialoq qurub və İsfahanda etirazların yatırılmasına işarə edərək, ona səslənərək deyib: “Məndə sizin qatil olduğunuzu göstərən sübutlar var”.
Bizim.Media