Çinin patrul gəmiləri Senkaku adaları yaxınlığında görünüb.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, Yaponiya hökuməti Çinə etiraz yollayıb.
Qeyd edək ki, Şərqi Çin dənizində yerləşən adalar 2012-ci ildən bəri Tokio və Pekin arasında mübahisə predmetidir. Yaponiyalı general Kaçunobu Kato belə halların təkrarlanmaması üçün həmin adalar ətrafında müşahidənin daha da gücləndiriləcəyini vurğulayıb.
Bizim.Media