Moderator.az-ın məlumatına görə, bunu Ukraynada prezidentliyə keçmiş namizəd, “Cənub-Şərq” hərəkatının lideri Oleq Tsarev deyib. O, Ukraynanın federallaşmasının necə baş verəcəyini açıqlayıb.
Hazırda Luqansk vilayətindəolan O.Tsarev bildirib ki, Ukraynanın cənub-şərqində yeni dövlətin yaradılması üçün ötən gün toplantı keçirilib. Onun sözlərinə görə, toplantıda “keçmiş qvardiya” və “yeni hərəkat”ın deputatları, həmçinin biznesmenlər iştirak edib. Toplantı iştirakçıları Xalq şurası ilə tanış edilib.
“Mayın 11-də referendum keçirilməsi qərarına gəldik. “Siz Luqansk və Donetsk vilayətlərində referendumu dəstəkləyirsinizmi?” kimi sualla qeyd edilən iki vilayətin əhalisinə müraciət edəcəyik. Dəstək verilsə Luqansk və Donetsk respublikaları yaradılacaq. Ukraynanın Qərbinin bizi dəstəkləyəcəyinə inanırıq”.
O.Tsarev əlavə edib ki, yeni dövlət Odessa, Nikolayevsk, Xerson, Zaporoyj, Donetsk, Luqansk, Xarkov və Dnepropetrovsk vilayətlərinin ərazisində yaradılacaq. Yeni dövlətin adı “Novorosiyya” ola bilər.