İran Prezidentinin qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti Şəhindoxt Mövlaverdi 30 ay həbs cəzasına məhkum edilib.
Bizim.Media İran mətbuatına istinadla xəbər verir ki, Mövlaverdi gizli məlumatların və sənədlərin ötürülməsi və dövlətə qarşı təbliğat aparmaqda ittiham edilib.
Onun barəsindəki əxlaqsızlığa təhrik etmək və insanları cinsi münasibətlərə təşviq etmək maddəsi ilə ittihama dair məhkəmə qərarının təfərrüatları isə açıqlanmayıb.
Bizim.Media