ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Co Baydenin andiçmə mərasimi günü Ağ Evdən helikopterlə uçmağı və ardından ilə Floridaya getməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb. Bildirilib ki, Tramp paytaxtda təşkil olunacaq bütün rəsmi mərasimləri buraxmaq niyyətindədir.
“Tramp Baydeni nə Ağ Evdə qarşılayacaq, nə də andiçmə mərasimində iştirak edəcək.”, - deyə nəşr yazıb.
Qeyd edilib ki, bunun əvəzində Tramp Floridada tərəfdarları qarşısında kütləvi mitinqdə 2024-cü il prezident seçkilərində iştirak planını açıqlayacaq. Ağ Ev isə rəsmi olaraq Trampın planları ilə bağlı məlumatları təsdiqləməyib.
Bizim.Media