2022-ci ildə Baxçasaraydakı Krım xanlarının saray kompleksi bərpa olunacaq. Sarayın bərpası 2 milyard rubla başa gələcək.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, kompleksin 16 obyekti var. Hazırda səkkizində təmir və bərpa işləri aparılır. Əlavə olaraq üç obyekt üçün layihə sənədləri hazırlanır ki, yenidən qurulsun.
Saray kompleksinin ümumi sahəsi təxminən 4 hektar təşkil edir. Vaxtı ilə saray XVI-XVIII əsrlərdə Krım xanlığı hökmdarlarının iqamətgahı olub. Kompleks qarətə məruz qalaraq talan edilib. 1820-ci ildə Aleksander Puşkin məhz bu sarayı gəzərək "Baxçasarayın Çeşməsi" şeirini də burada yazıb.
Bizim.Media