İngiltərənin Müdafiə Nazirliyi dünyanın ən böyük aysberqinin son 3 ildə 1800 kvadrat kilometr kiçildiyini açıqlayıb.
Bizim.Media-ya xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
A68a aysberqi 2017-ci ildə Antaraktidadakı buz təbəqəsindən qopub. Həmin vaxt sahəsi 6 min kvadrat kilometr olan aysberqin sahəsi hazırda 4200 kvadrat metrə düşüb.
Həmçinin aysberqdən qopan parçaların dəniz nəqliyyatına mənfi təsir göstərə biləcəyi qeyd olunur.
Bizim.Media