ABŞ Prezidenti Donald Tramp Somalidəki Amerika hərbi kontingentinin böyük hissəsinin çıxarılmasına dair qərar imzalayıb.
Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, hərbi kontingent 2021-ci ilin əvvəlindən çıxarılmağa başlayacaq.
Qeyd edək ki, ABŞ əsgərləri təxminən 700 nəfərdir. Onlar Keniya və Cibutiyə yerləşdiriləcək. Lakin Vaşinqton öz tərəfdaşlarına dəstəyi ekstremist qruplara qarşı mübarizədə də davam etdirmək niyyətindədir.
Pentaqonun açıqlamasında vurğulanıb ki, bu qərar hərbçilərin bir hissəsinin Afrikanın şərqini tərk edə biləcəyi deməkdir.
Bununla yanaşı, qüvvələrin qalan hissəsi Somali ilə qonşu ölkələrdə yerləşdiriləcək və onlar Somali ərazisində də əməliyyatlar keçirmək iqtidarında olacaqlar.
Bizim.Media