"Artemida" proqramı çərçivəsində Space Launch System (SLS) raket-daşıyıcısının və "Orion" kosmik gəmisinin Ay orbitinə ilk pilotsuz sınaq uçuşu 2022-ci ilin fevralına planlaşdırılır.
Bizim.Media xəbər verir ki, NASA nümayəndəsi Mayk Sarafin fevral ayında təxminən 15 günlük bir pəncərə planlaşdırıldığını deyib.
"Əgər bu müddətin birinci yarısında raket buraxılarsa, missiya uzun müddətli missiya hesab olunacaq. Bu, təxminən altı həftə davam edəcək və bu müddət ərzində gəmi sonrakı enmə, həm də suya enməsinə hazırlaşmaq üçün retroqrad orbitdə daha çox vaxt keçirəcək. Əgər ayrılmış müddətin ikinci yarısında raket buraxılışı keçirilərsə, missiya qısa müddətli sayılacaq və dörd həftə davam edəcək”, - deyə NASA rəsmisi qeyd edib.
Bizim.Media