Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus dünyada koronavirusdan ölən tibb işçilərinin sayını açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, 2020-ci ilin yanvarından bu ilin mayına qədər 100 mindən çox tibb işçisinin həyatını itirdiyini bildirib.
Baş direktorun sözlərinə görə, Afrikada həkimlərin vaksinasiya səviyyəsi çox aşağıdır, yüksək gəlirli ölkələrdə isə tibb işçilərinin 80 faizdən çoxu tam peyvəndlənib.
Bizim.Media