ABŞ-da cərrahlar geni dəyişdirilmiş bir donuzun böyrəyinin insana köçürülməsi üçün uğurlu əməliyyat həyata keçiriblər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “New York Times” nəşri yayıb.
Mənbə yazır ki, böyrək süni tənəffüs aparatına qoşulan bir şəxsə köçürülüb. Həmin vaxt xəstənin beyni ölü olub, ancaq orqan köçürüldükdən sonra normal fəaliyyətə başlayıb, hətta sidik və tullantı məhsulları çıxarmağa başlayıb.
Elm adamları həyata keçirilən əməliyyatı "böyük irəliləyiş və uğur" adlandırıblar.
Bildirilir ki, elm adamları donuz orqanlarını insanlara transplantasiya etməyi öyrənsələr, milyonlarla insanın həyatını xilas edə bilərlər.
Bizim.Media