Ukraynanın Dnepr şəhərində sərxoş vəziyyətdə olan qadın müəllim 2-ci sinif şagirdi olan iki uşağı döyüb.
Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, hadisə qızlardan birinin anasının sosial şəbəkələrdə statusundan sonra məlum olub.
Valideynin dediyinə görə, müəllim iş günü ərzində uşaqların qarşısında araq içib. Beşinci dərsə gələndə qadın artıq danışa bilməyib.
Görünür bu səbəbdən, o, iki şagird qızın başına zərbə endirib.
Təhsil müəssisəsi müəllimin artıq işdən qovulduğunu bildirib.
Bizim.Media