İranın cənub-şərqindəki Kirman əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzinin açıqlamasına görə, episentri Kirman əyalətinin Zerend rayonunda olan zəlzələ yerli vaxtla saat 15:16 -da qeydə alınıb.
Yeraltı təkanların 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Dağıntı və tələfat barədə hələlik heç bir məlumat yoxdur.
Bizim.Media